Türkiyə köməksizlərə kömək etdi, YUNANLAR İSƏ...

Türkiyənin İzmir şəhərinin Dikili ilçəsi sahilində yunan sərhədçilərinin qəbul etmədiyi 28 miqrant xilas edilib.
GunAz.az xəbər verir ki, Türkiyə Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları açıq dənizdə rezin qayıqda insanların köməksiz vəziyyətdə qalması barədə məlumat əldə ediblər.
Əraziyə yollanan şəxslər 28 miqrantı xilas edərək sahilə çıxarıb. Müvafiq prosedurlardan sonra miqrantlar Qaçqınlarla İş üzrə Komitəyə təhvil verilib.