Boris Consonun atası Fransa vətəndaşı olacaq

Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Conson Fransa vətəndaşlığı alır.
GunAz.az xəbər verir ki, Baş nazirin atası bu barədə sosial şəbəkədə məlumat verib. O, bunu Britaniya Avropa İttifaqından çıxdıqdan sonra da ailəsinin Avropa ilə sıx əlaqələrini davam etdirmək üçün etdiyini açıqlayıb.