İran Türkiyə və Azərbaycan sərhəddində TƏLİMƏ HAZIRLAŞIR
İran ölkənin şimal-qərbində hərbi hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirəcək.
GunAz.az xəbər verir ki, bu barədə İranın "Azariha” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 10 yanvar tarixində keçiriləcək təlim zamanı hava hücumu ssenarisi qurulacaq və sonradan hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf ediləcək.
Təlimlərin Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində, yəni Türkiyə və Azərbaycanla sərhəddə keçiriləcəyi diqqət çəkir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı paraddakı son açıqlamaları fonunda İran təlimləri əlamətdar hadisə kimi qiymətləndirilir.
İran hakimiyyəti isə əhalini narahat olmamağa çağırır və bunun yalnız ölkənin Silahlı Qüvvələrinin döyüş hazırlığının sınağı olduğunu bəyan edir.