Paşinyana qarşı mitinqlər təyin edildi

Paşinyana qarşı mitinqlər təyin edildi

Sabah saat 17:00-da İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə növbəti mitinq keçiriləcək.

GunAz.az xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan deyib.

Onun sözlərinə görə, etirazçılar sabah prokurorluq, polis və Milli Təhlükəsizlik Xidmətinin binaları qarşısında toplanacaq:

"Biz prokurorluqdan tələb edəcəyik ki, Nikol Paşinyana qarşı "dövlətə xəyanət" maddəsi ilə cinayət işi açılsın və o, həbs olunsun. Cümə axşamı və şənbə günləri də mitinq keçirəcəyik. Yaxın günlərdə biz nəhayət öz məqsədimizə çatacağıq”, - İşxanyan bildirib.


скачать dle 12.1
Geri qayıt