Texas ABŞ-dan ayrıla bilər

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Kayl Biderman Texas ştatının ABŞ-ın tərkibindən çıxması üçün referendum keçirilməsini təklif edib.
GunAz.az xəbər verir ki, bu barədə "Foks Nyus” məlumat yayıb.
O bildirib ki, Texasın müstəqilliyi ilə bağlı müvafiq referendumun keçirilməsi üçün qanun layihəsi irəli sürəcək.
Bidermanın sözlərinə görə, bu, federal hökumətin nəzarətdən çıxması və texaslıların dəyərini təmsil etməməsi ilə əlaqədardır.