Azərbaycanın Atatürklə bağlı bu addımı... - Akar

Azərbaycanın 10 noyabr Mustafa Kamal Atatürkün vəfat günü olduğu üçün Zəfər Gününü 8 noyabra keçirməsini alqışlayırıq.
Bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
"Bu həssas davranışa görə başda Prezident İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Beləliklə Azərbaycan "Bir millət, iki dövlət” anlayışı ilə həm kədərdə, həm sevincdə bir daha bərabər olduğumuzu göstərdi. Türkiyə bundan sonra da bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək”, - Akar bildirib.