Mədəndə güclü partlayış oldu: 23 ölü
Çinin Çunsin şəhərində mədəndə partlayış baş verib.
GunAz.az xəbər verir ki, partlayışın zəhərli yanar qaz karbon oksiddən yarandığı bildirilir.
Məlumata görə, partlayış vaxtı yerin altında 24 nəfər olub.
Artıq xilasedicilər indiyə kimi 23 nəfərin meyitini aşkarlaya biliblər. Yalnız 1 nəfər sağ olaraq xilas edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.