Rusiyanın Qarabağın “tanınması” ilə bağlı mövqeyi... - Peskov
Kreml sözçüsü Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatdan sonra Rusiyanın Qarabağın statusu ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi barədə sualı cavablandırıb.
O, bu barədə ənənəvi konfrans zamanı danışıb.
"Bu ərazinin mənsubluğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyənləşdirilib. Bu, Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç nəyi dəyişməyib. Əslində, heç bir ölkə dəyişməyib... Prezident Putin də "Dağlıq Qarabağ”ın müstəqilliyinin hətta Ermənistanın özü tərəfindən tanınmadığını söyləmişdi”, - Peskov bildirib.