Türkiyədə oteldə silahlı insident: 5 yaralı

Türkiyədə oteldə silahlı insident: 5 yaralı

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Dulqədiroğlu rayonundakı otellərdən birində silahlı insident yaşanıb.

Silahlı insident otelin 3-cü mərtəbəsində baş verib. Hadisə yerinə gedən polislərlə silahlı şəxslər arasında atışma olub. Nəticədə 2-si polis olmaqla 5 nəfər yaralanıb.

Otel mühasirəyə alınıb, silahlı şəxslərin saxlanılması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam edir.

Otelə hücum edən cinayətkar türk polisi tərəfindən həbs olunub.

2 polisi yaralayan şəxsin Suriya əsilli Məhəmməd Qarataş olduğu bildirilib.

скачать dle 12.1
Geri qayıt