Akardan Fransaya SƏRT REAKSİYA: indi bəlli oldu ki, niyə Qarabağ problemi...

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Qarabağla bağlı həll yolunun deyil, problemin hissəsi olduğunu bir daha göstərib.
Bu fikirləri Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.
Akar bildirib ki, bu qətnamə Qarabağ probleminin niyə 30 ildir həll edilmədiyinin açıq göstəricisidir.
Xatırladaq ki, Fransa Senatı qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyan qətnamə qəbul edib.