Ərdoğan ASELSAN-ın yeni sistemlərinin açılışında

Ərdoğan ASELSAN-ın yeni sistemlərinin açılışında

Ankarada Türkiyənin ən güclü istehsal komplekslərindən olan ASELSAN-ın (Hərbi Elektronika Sənayesi) yeni sistem və təsisatlarının açılışı olub.

GunAz.az xəbər verir ki, mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki böyük uğurlarından danışıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, 2020-ci ildə ölkə üzrə 62 müdafiə sənayesi layihəsi olduğu halda hazırda onların sayı 700-ə çatıb. Bunla da ölkəyə qarşı gizli və açıq şəkildə tətbiq olunan embarqoların təsiri dəf edilib. Bütün istehsal gücü yerli mühəndislər tərəfindən tənzimlənir.


скачать dle 12.1
Geri qayıt