İran ölkənin yarısını əhatə edən təlimə başlayır

İran ölkənin yarısını əhatə edən təlimə başlayır
Oktyabrın 21-də İranda "Vilayət səmasının müdafiəçiləri” kod adı verilən hava hücumundan müdafiə təlimləri başlayır.

GunAz.az xəbər verir ki, bu barədə briqada generalı Qadir Rəhimzadə məlumat yayıb.

Onun sözlərinə görə, təlimin məqsədi döyüş hazırlığı və hava hücumundan müdafiə qabiliyyətlərinin artırılmasıdır.

"Təlimlər İranın Hava Hücumundan Müdafiə bölmələrinin, SEPAH-ın Hava-Kosmik Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin iştirakı ilə həqiqi döyüşə yaxın bir mühitdə, ölkənin yarısından çoxunu əhatə edən bir ərazidə keçiriləcək”, - general bildirib.

скачать dle 12.1
Geri qayıt