Qırğızıstanda prezidentin səlahiyyətləri baş nazirə verilib

Qırğızıstanda prezidentin səlahiyyətləri baş nazirə verilib

Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

GunAz.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə o, Hökumət evi qarşısında mitinqçilərin qarşısında çıxış edərkən deyib.

S.Japarov bildirib: "Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş Nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.

Xatırladırıq ki, bu gün Qırğızıstanın Prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.


скачать dle 12.1
Geri qayıt