Əfqanıstanda terror aktı: 1 ölü, 5 yaralı
Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində terror aktı törədilib.
GunAz.az xəbər verir ki, şəhərin mərkəzində əl arabasına quraşdırılan bomba polis avtomobili keçən zaman partladılıb.
Nəticədə 1 dinc sakin ölüb, 5 nəfər isə yaralanıb.
Qeyd edək ki, terror aktını hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.