Netanyahu elan etdi: BƏƏ ilə birbaşa reys...

Netanyahu elan etdi: BƏƏ ilə birbaşa reys...

İsrail BƏƏ ilə münasibətləri normallaşdırma razılaşması çərçivəsində Səudiyyə Ərəbistanı və BƏƏ-yə birbaşa uçuşlar həyata keçirməyə hazırdır.

GunAz.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu "Röyters"ə açıqlamasında deyib.

"Körfəz ölkəsi ilə hava əlaqələrini açmaq vaxtıdır. Hazırda Təl-Əviv-Dubay və Təl-Əviv-Əbu-Dabi birbaşa aviareysləri açmaq üzərində çalışırıq", - Netanyahu vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə İsraillə BƏƏ ikitərəfli münasibətlərin normallaşması barədə razılıq əldə edib.


скачать dle 12.1
Geri qayıt