Xəstəxananı ziyarət edən Putini tanımadılar

Xəstəxananı ziyarət edən Putini tanımadılar

Martın 24-də Kommunarkada koronaviruslu xəstələrin müalicə aldığı xəstəxananı ziyarət edən Rusiya Prezidenti Vladimir Putini həkimlər və tibb işçiləri tanımayıb.

GunAz.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta”ya açıqlamasında klinikanın baş həkimi Denis Protsenko deyib. O bildirib ki, Putinin xəstəxanaya gəlişi sürpriz olub:

"Moskva meri Sergey Sobyanin xəstəxanada görüşməyi təklif etdi. Xəstəxanada meri və digər səlahiyyətliləri gördüm. Mənə "Nə dayanmısan? Get, qonaqları qarşıla", - dedilər. Bir "Aurus" (Putinin limuzini) gələndə vəziyyəti başa düşdüm”.

Reanimasiya şöbəsində və qəbul bölməsində işləyən həkimlər, tibb bacıları onlara təşəkkür edən sarı kombinzonlu şəxsin kimliyini axşam televiziya xəbərlərindən öyrəniblər”.


скачать dle 12.1
Geri qayıt