ABŞ-ın kosmosda məqsədi... - Rusiya

ABŞ və İngiltərənin Rusiyanın kosmosda peyk əleyhinə silah sınadığına dair açıqlaması kosmosdakı fəaliyyətimizi etibarsızlaşdırmaq məqsədi daşıyır.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
"ABŞ və Böyük Britaniya rəsmiləri beynəlxalq ictimaiyyətin diqqətini kosmosdakı real təhdidlərdən başqa istiqamətə çəkmək, özlərinin kosmosa yeni silah yerləşdirmə cəhdlərini haqlı çıxarmaq və bu məqsədlər üçün əlavə büdcə əldə etmək üçün vəziyyəti yenə təhrif etməyə çalışır", - nazirliyin açıqlamasında vurğulanıb.