14 yaşlı qız “Taliban”dan ailəsinin qisasını aldı

14 yaşlı qız “Taliban”dan ailəsinin qisasını aldı
Əfqanıstanda yeniyetmə qız ailəsinin mənzilinə basqın edən iki "Taliban” döyüşçüsünü öldürüb, bir neçəsini yaralayıb.
REN TV xəbər verir ki, hadisə Əfqanıstanın Qor əyalətində qeydə alınıb.
Gözünün qarşısında ailə üzvlərinin öldürülməsinin şahidi olan 14 yaşlı Kəmər Gül mənzildə olan AK-74M avtomatını götürərək, terrorçulara atəş açıb.
Hadisə yerinə gələn Əfqanıstan hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetməni təhlükəsiz yerə aparıblar.
Qeyd olunur ki, ailə Əfqanıstanın hazırkı hökumətinə dəstək verdiyi üçün "Taliban” döyüşçüləri tərəfindən hücuma məruz qalıb.
скачать dle 12.1
Geri qayıt