İstanbulda "Azərbaycan" adı bu küçəyə verildi

İstanbulda "Azərbaycan" adı bu küçəyə verildi

İstanbulda "Cendere" küçəsinin adı dəyişdirilib, "Azərbaycan" qoyulub.

GunAz.az Musavat.com-a istinadən xəbər verir ki, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin mərkəzi bələdiyyələrindən olan Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən və bələdiyyənin ən qədim küçələrindən sayılan Cendere küçəsinin adı dəyişdirilərək, "Azərbaycan” adı ilə əvəz olunub. Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar, rəsmi prosedurların yekunlaşdırılması məqsədilə, İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib.


скачать dle 12.1
Geri qayıt