Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var

Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində güclü partlayış olub.
GunAz.az-a "TASS"a istinadən verdiyi məlumata görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. İnsident nəticəsində məscidin imamı həlak olub, 3 nəfər isə yaralanıb.
Bildirilir ki, bütün yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Məlumata əsasən, Əfqanıstanın Daxili İşlər Nazirliyi ölən və yaralananlar haqqında məlumatı təsdiq edib.
 
скачать dle 12.1
Geri qayıt