ABŞ bu ölkədəki laboratoriyada virus yayır?

ABŞ bu ölkədəki laboratoriyada virus yayır?

Gürcüstanda yerləşən Riçard Luqar adına bioloji laboratoriyada virus hazırlamağımız barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Sözügedən məsələ barədə danışan ABŞ Dövlət Katibliyinin Avropa və Asiyadan məsul şəxsi Corc Kent bu laboratoriyanın koronavirusla mübarizədə yardımçı olduğunu söyləyib:

"Çinin laboratoriya ilə bağlı narahat olması bizi təəssüfləndirir. Koronavirusla mübarizədə burada testlər aparılır və yayılan iddialar təəssüfedicidir".

Qeyd edək ki, Gürcüstanda COVİD-19-a ilk yoluxma sözügedən laboratoriyada aşkar olunub.

скачать dle 12.1
Geri qayıt