Korona peyvəndi ilə bağlı daha bir açıqlama

Korona peyvəndi ilə bağlı daha bir açıqlama
Koronavirus (COVİD-19) peyvəndinin istifadəsinə oktyabr ayında başlanılacaq.
Bu barədə İsveçrənin tibb üzrə ixtisaslaşan "Saiba" şirkətinin direktoru deyib.
O bildirib ki, peyvəndin sınağı üçün bu ay ərzində könüllülər müəyyən ediləcək:
"Bu işdə Sürix Tətbiqi Elmlər Universiteti bizə yardımçı olacaq. Oktyabrda peyvənd bütün İsveçrə xalqı üçün istifadə ediləcək”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsveçrə alimlərinin bu fəaliyyətinə dəstəyini ifadə edib.

скачать dle 12.1
Geri qayıt