Tibbi maskaların arasından elə birşey çıxdı ki...

Tibbi maskaların arasından elə birşey çıxdı ki...
Böyük Britaniya polisi tibbi maskalar arasında ölkəyə külli miqdarda kokain gətirməyə çalışan əcnəbini saxlayıb.
Fransadan La-Manş tuneli vasitəsiylə krallığa hərəkət edən Polşa vətəndaşı idarə etdiyi yük maşınında sadəcə 1 milyon tibbi maska olduğunu iddia edib. Lakin yük maşınında aparılan axtarışlar zamanı tibbi maskaların arasında 1 milyon funt sterlinq dəyərində kokain də aşkar edilib. Cinayətkar həbs edilib.
Məlumata görə, tibbi maskaların istifadəyə yararlı olduğu təsdiq edilsə, ləvazimatlar səhiyyə mərkəzlərinə təhvil veriləcək.
скачать dle 12.1
Geri qayıt