Gürcüstanda fövqəladə vəziyyət uzadıldı

Gürcüstanda fövqəladə vəziyyət uzadıldı
Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusla bağlı ölkədə elan edilən fövqəladə vəziyyətin uzadılması barədə sərəncam imzalayıb.
GunAz.az xəbər verir ki, sərəncama əsasən, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılıb.
S.Zurabişvili, eyni zamanda ölkə vətəndaşlarına müraciət edərək onları evdə qalmağa, qayda və qanunlara, tövsiyələrə əməl etməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda bu günədək 370 nəfər koronavirusa yoluxub. Onlardan 79-u müalicə olunub, 3 nəfər isə dünyasını dəyişib.
скачать dle 12.1
Geri qayıt