Zaxarova ABŞ-a "yol" göstərdi: O nəşrdən başlayın

ABŞ koronavirus pandemiyası ilə bağlı dezinformasiya yayan "Nyu York Tayms”ı məsuliyyətə cəlb etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"KİV: Dövlət katibi Mayk Pompeo pandemiya ilə bağlı dezinformasiya yayanların məsuliyyətə cəlb olunacağı ilə bağlı təhdid edir. "Nyu York Tayms”dan başlayın. "Putinin amerika elminə qarşı uzun müharibəsi” məqaləsindən...” - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, sözügedən məqalədə Rusiya Prezidenti Vladimir Putin ölümcül xəstəliklərlə bağlı yalan məlumat yaymaqda və bir sıra mühüm dövlət qurumlarına hücumda ittiham edilir.