Koronavirus müalicəsi sadəcə 7 dəqiqədə

Koronavirus müalicəsi sadəcə 7 dəqiqədə
Koronavirusun müalicəsində ana ünsür sağalmış xəstədən götürülən qan plazmasının 7 dəqiqə ərzində B2 vitamini və ultrabənövşəyi şüalarla patogendən təmizlənməsi və xəstəyə nəql olunmasıdır.
Bunu Türkiyənin Qaziantep Universitetinin rektoru, professor Ali Gür deyib.
Kovid-19 xəstələrinin müalicəsi metodları üzərində çalışan professor immun plazma müalicə üsulunun Türkiyədə tətbiqini gündəmə gətirib.
"Bu plazma ilə müalicə həm kritik vəziyyətdə olan xəstələrdə, həm də yüksək risk qrupuna daxil tibb işçilərində qoruyucu qalxan rolunu oynayır. Sistem aprel ayının sonuna qədər hazır olacaq. Bu metodu başqa xəstəliklərin müalicəsində də tətbiq etmək mümkündür”, - professor bildirib.
скачать dle 12.1
Geri qayıt