Koronavirus nə qədər davam edəcək?

Koronavirus nə qədər davam edəcək?
Harvard Qlobal Səhiyyə İnstitutunun direktoru Aşiş Ca koronavirus pandemiyasının 12-18 ay davam edəcəyini proqnozlaşdırıb.
 CNN-ə açıqlamasında alim bu virusun 2-6 həftəyə ötüb keçən virus olmadığını bildirib.
"Bu, 2, 4 və ya 6 həftəyə ötüb keçən virus deyil. Bəxtimiz gətirsə, bu virusla 12-18 ay bu və ya digər formada yaşamağa məcbur olacağıq”, - o deyib.
Ca bildirib ki, koronavirusa qalib gəlməyin yeganə yolu effektiv vaksinin tapılmasıdır.
Qeyd edək ki, analoji proqnozla Almaniya alimləri də çıxış edib.
скачать dle 12.1
Geri qayıt