İranda zəlzələ baş verdi
İranın cənubunda zəlzələ baş verib.
Fars vilayətinin Şiraz rayonunda 4,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi zəlzələnin yerli vaxtla saat 13:54-də, yerin 8 km dərinliyində olduğunu açıqlayıb.
Dağıntı və tələfat haqda məlumat yoxdur.