Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda martın 6-da zəlzələ qeydə alınıb.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də Laqodexi rayonu yaxınlığında Raçisubani kəndində olub.

Yeraltı təkanların gücü 3,6 bal gücündə olub. Dağıntı barədə məlumat verilmir.

Bu, son günlər Gürcüstan ərazisində üçüncü yeraltı təkandır.

скачать dle 12.1
Geri qayıt