Netanyahunun partiyası seçkilərdə liderdir
İsraildə Baş Nazir vəzifəsini icra edən Binyamin Netanyahunun “Likud” partiyası Knessetə keçirilən seçkilərdə 37 mandatla liderlik edir, “Kahol-Lavan” müxalifət bloku isə 33 yer alır. GunAz.az bildirir ki, bu rəqəmlər İsrailin “12-ci Telekanal”ının keçirdiyi “exit poll” nəticələrində qeyd edilib.
Öz növbəsində, “13-cü Telekanal”ın “exit poll” nəticələrində “Likud”un 37 yer, “Kahol-Lavan”ın isə 32 yer aldığı qeyd edilib.
“Kan” teleradio kompaniyası xəbər verir ki, “Likud”un 36, “Kahol-Lavan”ın 33 mandatı var.
“Exit poll” nəticələri məlum olandan sonra Netanyahu Tvitter hesabında “təşəkkür edirəm” yazıb və qırmızı ürək formasında smayl əlavə edib.