Türklər ərəbləşdirilir - Deputatdan inanılmaz çıxış

Türklər ərəbləşdirilir - Deputatdan inanılmaz çıxış

Suriyalılar bombalandıqları üçün Türkiyəyə gəlmirlər, Türkiyəyə gəlmək üçün bombalanırlar.
GunAz.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin İYİ Partiyasından olan deputatı Ümid Özdağ deyib.
O bildirib ki, bu miqrasiya strateji şəkildə planlaşdırılır:
“20 il sonra Türkiyədə 15 milyon suriyalı olacaq. Türkiyənin və regionumuzun əsas problemi suriyalılardır”.
Deputat bildirib ki, Türkiyədə suriyalılardan əlavə, Yaxın və Uzaq Şərqdən gələn 1,4 milyon miqrant var:
“5,3 milyon suriyalıdan əlavə, Əfqanıstan, İraq, İran başda olmaqla, digər ölkələrdən gələn 1,4 milyon qaçqın var. Onlar türk milli kimliyini təhdid altında qoyaraq axın-axın Türkiyəyə gəlirlər. Xarici qüvvələr tərəfindən bəlli bölgədə yaşayan etnik tərkibin dəyişdirilməsi, yaxud gücləndirilməsi strategiyası yürüdülür”.(Axar.az)

скачать dle 12.1
Geri qayıt