Qazaxıstanın cənubunda iğtişaşlar zamanı 200-ə yaxın insan xəsarət alıb
Son məlumatlara görə, Qazaxıstanın Jambil vilayətində iğtişaşlar zamanı 185 nəfər xəsarət alıb.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliiyi vilayətin rəhbəri Berdibəy Saparbayevə istinadən yayıb.
Regional qərargahın məlumatına görə, 34 zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Saparbayev qeyd edib ki, 39 yaşayış evi, 20 kommersiya obyekti və 47 avtomobil yanıb.
O, həmçinin bildirib ki, zərər çəkmiş 778 ailəyə ərzaq məhsulları və ən zəruri mallar şəklində humanitar yardım göstərilib. Vətəndaşların itirilmiş sənədlərinin bərpası üçün isə əhaliyə mobil xidmət mərkəzi yaradılmışdır.
Fevralın 8-nə keçən gecə Jambıl vilayətinin Kordayi rayonunda iğtişaşlar baş qaldırıb. Nəticədə 11 nəfər həlak olub. Respublika Prezidenti Qasım-Cəmərd Tokayev qan tökülməsinin təxribatçıların təqsiri üzündən baş verdiyini bildirib. Faktla bağlı “kütləvi iğtişaşların təşkili və iştirakı” və “qəsdən adam öldürmə” maddələri ilə cinayət işi başlanıb.
