SON DƏQİQƏ: Türkiyə Suriyaya yeni qoşun yeritdi

SON DƏQİQƏ: Türkiyə Suriyaya yeni qoşun yeritdi

Türkiyə Suriyaya yeni müşahidə məntəqəsi yaratmaq üçün əlavə hərbi hissələr göndərib.

GunAz.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Sky Arabia xəbər telekanalı yayıb.

Fevralın 2-nə keçən gecə Sərəkib şəhəri ətrafında Suriya hökumət qüvvələri Türkiyə hərbçilərini atəşə tutub.

Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya hökuməti Türkiyə hərbçilərinin atəşə tutulmasına görə “çox ciddi cavab” alacaq.

Məlum mənbələrin məlumatına görə, bu gün Türkiyə qoşunlarının iki bölməsi Suriya ərazisinə daxil olub və Hələb əyalətinin dərinliklərinə gedib.

Türk hərbçiləri Atarib və El-Cinin yaşayış məntəqələri arasında yerləşəcək yeni müşahidə məntəqəsi yaradırlar.

Orada tanklar və zirehli nəqliyyat vasitələri də daxil olmaqla, təxminən 100 ədəd hərbi texnika yerləşdiriləcək.

скачать dle 12.1
Geri qayıt