“iPhone 9” smartfonunun sınaq istehsalına başlanıldı

“iPhone 9” smartfonunun sınaq istehsalına başlanıldı

"Apple" şirkəti "iPhone 9" smartfonunun sınaq istehsalına başlayıb. Bu barədə "My Drivers" nəşri Çində sahə üzrə mənbələrə istinadən məlumat verib.

"iPhone SE" modelini əvəzləyəcək smartfon artıq sınaq istehsalı mərhələsindədir, fevralın ortalarından etibarən isə "Apple" onun kütləvi istehsalına başlayacaq.

Bildirilir ki, "iPhone 9" adlanacaq yeni qurğunun təqdimatı martda keçiriləcək. Smartfon üçün sifarişlərin ümumi həcminin 30 milyonu ötəcəyi gözlənilir.

Yazda satışa çıxarılacaq "iPhone 9" modelinin başlanğıc qiyməti 399 dollar təşkil edəcək.

скачать dle 12.1
Geri qayıt