Husilər Səudiyyə Ərəbistanın bir pilotsuz təyyarəsini vuraraq salıblar

Husilər Səudiyyə Ərəbistanın bir pilotsuz təyyarəsini vuraraq salıblar

Husilər sərhəddə yerləşən Səudiyyənin Cizan bölgəsində qarşı tərəfin bir pilotsuz təyyarəsini vuraraq salıblar.

GunAz.az əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Ənsarullah hərəkatı bəyanat verib.

Bildirilib ki, Yəmənlə sərhəddə yerləşən Səudiyyənin Cizan bölgəsi səmasında bir PUA vurularaq salınıb.

Husilər PUA-nın "münasib silah"la vurduqlarını bildiriblər.

Qeyd edək ki, husilər havadan müdafiə üçün yeni silah əldə etdiklərini bildirmiş, lakin onun detallarını açıqlamamışdılar.

скачать dle 12.1
Geri qayıt