Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Səbəb...

Gürcüstanda əhaliyə xəbərdarlıq edildi: Səbəb...

Yanvarın 23-dən başlayaraq Gürcüstanda hava şəraiti kəskin dəyişəcək.

GunAz.az xəbər verir ki, Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi bununla bağlı xüsusi xəbərdarlıq yayıb.

Bildirilir ki, yanvarın 23-dən 25-dək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, dağətəyi və dağlıq bölgələrdə duman, çovğun olacaq və güclü külək əsəcək.

Qara dəniz sahillərində 3-4 ballıq qasırğa gözlənilir.

Güclü yağıntılar səbəbindən bölgələrdə torpaq sürüşməsi istisna edilmir.

Yollar buz bağlayacaq, xüsusən Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranacaq.

скачать dle 12.1
Geri qayıt