Putin hökumətin istefası ilə bağlı fərman imzalayıb

Putin hökumətin istefası ilə bağlı fərman imzalayıb

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Prezidentin Fərmanında deyilir:

“Rusiya Federasiyasının Konstitusiyasının 83-cü maddəsinin “v” bəndinə və 117-ci maddənin ikinci hissəsinə uyğun olaraq qərar verirəm: Rusiya Federasiyası Hökumətinin istefası elan edilsin”.

Sənəd imzalandığı gündən - 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Müvəqqəti olaraq Baş Nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.

скачать dle 12.1
Geri qayıt