İrandan dəhşətli xəbər gəldi: 114 nəfər ölüb

İrandan dəhşətli xəbər gəldi: 114 nəfər ölüb

İranda A (H1N1) tipli qrip virusundan ölənlərin sayı 114 nəfərə çatıb.

Bunu İranın Səhiyyə Nazirliyinin yolxucu xəstəliklərin idarəetmə mərkəzinin sədri Hüseyn İrfani deyib. Onun sözlərinə görə, son həftələr ölkədə B tipli qrip virusuna yoluxanların da sayı artmaqdadır.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kerman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda A və B tipli viruslara yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

GunAz.az

скачать dle 12.1
Geri qayıt