Müqtəda Sədr İranın ABŞ-a raket hücumundan sonra çağırış edib

İraq parlamentinin ən böyük siyasi cinahı “Sairun” fraksiyasının lideri Müqtəda Sədr hökumətə, ölkə xalqına, hərbi birləşmələrə və etirazçılara çağırış edib.
GunAz.az xəbər verir ki, Müqtəda Sədr İranın İraqdakı ABŞ bazalarına raket hücumundan sonra, hərbi birləşmələrə xüsusilədə Haşd-Şabi- yə ABŞ-a qarşı hərbi addım atmaqda tələsməməyə və təmkinli olmağa çağırıb.
Müqtəda Sədr bildirib ki, İranın cavabından sonra vəziyyət sakitləşib.
Sədr həmçinin İraq siyasətçilərini yeni səlahiyyətli baş naziri seçməyə, səhlənkarlığı kənara qoymağa, məzhəbçiliyi dayandırmağa və İraq üçün addım atmağa çağırıb.
Müqtəda Sədr həmçinin etirazçılardan inadkarlığı tərk etməyi, İraqın xaos-a getməsinə icazə verməməyi istəyib.
N.SAFURA