AB İraq və İrana görə təcili toplanır

AB İraq və İrana görə təcili toplanır

Yanvarın 10-u Brüsseldə xarici işlər nazirləri səviyyəsində Avropa Birliyi Şurasının fövqəladə iclası keçiriləcək.

GunAz.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.

Məlumata görə, fövqəladə iclasa səbəb İraqdakı eskalasiya və İranın nüvə razılaşmasıyla bağlı fəaliyyəti olacaq.

Qeyd edək ki, bu gün NATO İraqdakı vəziyyətlə bağlı fövqəladə iclas çağırıb. Yanvarın 14-də isə alyansın bu məsələni Baş Qərargah rəisləri səviyyəsində müzakirəyə çıxaracağı gözlənilir.

скачать dle 12.1
Geri qayıt