ABŞ vətəndaşlarını təcili şəkildə İraqı tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını təcili şəkildə İraqı tərk etməyə çağırıb

 Amerika vətəndaşları ölkədəki və bölgədəki gərginliyə görə dərhal İraqı tərk etməlidirlər.

GunAz.az-ın RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin açıqlamasında bildirilir.

"İraqda və bölgədə gərginliyin artması səbəbindən ABŞ səfirliyi ölkə vətəndaşlarını dərhal İraqı tərk etməyə çağırır", açıqlamada deyilir.

İran İslam İnqilabı Keşikçiləri Ordusunun generalı Qasim Süleymani ABŞ Prezident Donald Trampın təlimatı ilə həyata keçirilən əməliyyat zamanı öldürülüb.

Qasim Süleymaninin qətlə yetirilməsindən sonra ölkədə 3 günlük matəm elan edilib.

İran İslam İnqilabı Ali lideri Ayətullah Xamenei  Qasim Süleymaninin yerinə briqada generalı İsmail Qaanini təyin edib.

скачать dle 12.1
Geri qayıt