İranın ABŞ-ın BMT qətnaməsini pozmasına cavab verməyə haqqı çatır - Moskva

İranın ABŞ-ın BMT qətnaməsini pozmasına cavab verməyə haqqı çatır - Moskva

 "İranın haqqı çatır ki, ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxmasına və BMT Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini pozmasına cavab versin."

GunAz.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya deyib.

Rusiya rəsmisi ötən gün BMT Təhlükəsizlik Şurasının İranla əldə edilmiş nüvə sazişilə bağlı keçirdiyi toplantıda çıxışı zamanı bildirib ki, ABŞ bu sazişdən çıxmaqla TŞ-ın 2231-ci qərarını pozub və buna görə İranın cavab verməyə haqqı çatır.

"ABŞ təkcə BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmur heç, hətta 2231-ci qərara əməl edən ölkələri də sanksiyalarla hədələyir", deyə Rusiya rəsmisi dünya ictimaiyyətini Amerikanın həyata keçirdiyi qanun pozuntularını pisləməyə çağırıb.

O deyib:

"Bu anlaşılan deyil, bəs BMT Təhlükəsizlik Şurasının qəraralarını bu şəkildə pozmaqla beynəlxalq sülh və sabitliyi necə təmin etmək və möhkəmləndirmək olar?!. Birtərəfli sanksiyalar problemləri daha da artıracaq."

скачать dle 12.1
Geri qayıt