Mərcan dənizində sualtı otel istifadəyə verilir

Mərcan dənizində sualtı otel istifadəyə verilir
Dekabrın 1-də Avstraliyada "Reefsuites” adlı ilk sualtı otel istifadəyə veriləcək.
GunAz.az xəbər verir ki, "Reefsuites” Mərcan dənizindəki Böyük Sədd Rifi yaxınlığında yerləşir. O, "Cruise Whitsunday” turoperatoru tərəfindən 2017-ci ildə siklon nəticəsində dağılmış suüstü otelin yerində inşa edilib.
Oteldə cəmi iki otaq var. Döşəmədən tavana qədər uzanan şüşə pəncərədən suyun altında nələr baş verdiyi görünür. Gecə vaxtı üçün xüsusi işıqlanma nəzərdə tutulur.
Qeyd edək ki, "Reefsuites” Avstraliyada ilk sualtı oteldir. Bənzər otellər Dubay, Tanzaniya, Sinqapur və Maldiv adalarında da mövcuddur.
N.SAFURA
скачать dle 12.1
Geri qayıt