Unai Emeri istefaya göndərildi

Unai Emeri istefaya göndərildi

"Arsenal" baş məşqçisi Unai Emerini istefaya göndərib.

Bu haqda klubun saytı məlumat yayıb. İstefaya komandanln son uğursuz çıxışları səbəb olub. İspan mütəxəssis öz məşqçi heyəti ilə birgə "Arsenal"ı tərk edib. Baş məşqçi vəzifəsinin müvəqqəti olaraq Freddi Lyunqberq icra edəcək.

Qeyd edək ki, London təmsilçisi bütün turnirlərdə son 7 matçın heç birində qələbə qazana bilməyib. Bu, klubun son 27 ildə ən pis göstəricisidir.

Xatırladaq ki, Emeri "Arsenal"a 2018-ci ilin yazından rəhbərlik edirdi.

GunAz.az

N.SAFURA

скачать dle 12.1
Geri qayıt