Bəşər Əsəd İran, İraq və Livandakı son gərginliklər haqda açıqlama verib

Bəşər Əsəd İran, İraq və Livandakı son gərginliklər haqda açıqlama verib

Suriyanın prezidenti Bəşər Əsəd ölkədə münaqişənin əvvəlində baş qaldırmış etiraz və iğtişaşların İran, İraq və Livandakı son gərginliklərlə oxşarlığı haqda açıqlama verib.

GunAz.az RT-ə istinadla xəbər verir ki, Bəşər Əsəd Fransa mətbuatına verdiyi açıqlamada son zamanlarda İraq, İran və Livanda baş verən gərginliklər haqda açıqlamalar verib.

O deyib:

"Etirazlar və aksiyalarla bağlı deyilən vətəndaş ləyaqəti, azadlıq və qeyriləri kimi ifadələr gözəl səslənir. Bunlar yaxşı niqaba bənzəyir. Amma arxasında şər işlər var. Sizə bir neçə misal gətirəcəyəm. Buş bir milyon yarım iraqlını demokratiyanı bu ölkəyə gətirmək adı ilə öldürdü. Sarkozi Liviya xalqının azadlığı adı altında minlərlə liviyalının ölümündə şərik oldu. Bu gün Fransa, ABŞ və Britaniya kürdləri dəstəkləmək adı ilə beynəlxalq qərarları, ölkələrin suverenliyi ilə bağlı konvensiyaları tapdalayırlar. Eyni zamanda kürdlər suriyalıdırlar və Suriyanın bir hissəsidirlər müstəqil ölkə və xalq deyillər."

O əlavə edib:

"2011-ci ildə də vətəndaş ləyaqəti və azadlıq kimi sözlər deyildi və bu sözlər daha sonra polisin və təhlükəsizlik qüvvələrinin öldürülməsi, onlara hücum, təxribat, dağıtmaq, ümumi əmlaka xəsarət və onu qarət etmək kimi işlərlə nəticələndi. Elə isə bizə gərəkdir ki, deyilən sözlərlə deyil, faktiki reallıqla ayaqlaşaq. Xalq hərəkatı heç vaxt Qətər kimi bir dövlətin payladığı pullar hesabına olmaz. Əgər bu xalq hərəkatı olsaydı mən 9 bu hərəkat qarşısında tab gətirə bilməzdim. Heç kim xalq hərəkatı qarşısında müqavimət göstərə bilməz. Bir sübutu da budur ki, Qərb bütün gücü ilə İran şahının qalmasını istəyirdi amma bunu bacarmadılar."

скачать dle 12.1
Geri qayıt