Dominikanda rusiyalı turistlərin olduğu avtobus aşıb

Dominik Respublikasında, onlarla rus turistin olduğu avtobus hava limanına gedərkən yük maşını ilə toqquşub və aşıb. Bu barədə "Diario Libre" qəzeti yazır.
Rusiya səfirliyindən verilən məlumata görə, avtobusda 39 rus turist olub.
Onların hamısı "Anex" tur operatorunun müştəriləridir.
Hadisə nəticəsində ölən yoxdur.
GunAz.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, turistlər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara yerləşdirilib.
Məlumata əsasən, azı 15 nəfərin vəziyyəti ağırdır.