Yunanıstanda güclü zəlzələ baş verib

Yunanıstanda güclü zəlzələ baş verib

 

Yunanıstanda Morea yarımadasının cənubunda 6.1 bal gücündə zəlzələ baş verib.

Afina Geodinamik İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla 09:23-də Moreya yarımadasının cənubundakı Kitira və Krit adaları akvatoriyasında qeydə alınıb.

GunAz.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 20 kilometr dərinlikdə qeydə alınıb.

Yunan mətbuatı təkanların Afinada da hiss edildiyini yazır.

Yunan seysmoloqlarının fikrincə, indiki zəlzələnin Albaniyada bir gün əvvəl baş verənlə heç bir əlaqəsi yoxdur.

скачать dle 12.1
Geri qayıt