Səudiyyə və husilər danışıqların aparılması və müharibənin bitməsini çox istəyirlər – Nazir
“Səudiyyə Ərəbistanı ilə husilərin Yəmən müharibəsinin bitməsi məsələsində böyük rəğbət və istəkləri var.”
GunAz.az xəbər verir ki, bunu Oman Sultanlığının xarici işlər naziri Yusif bin Ələvi ABŞ-ın əl-Hurra telekanalına açıqlamasında deyib.
Yusif bin Ələvi ölkədə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra əl-Hurra telekanalına bildirib ki, “Səudiyyə Ərəbistanındakı qardaşların müharibənin bitməsi, sülhün və əmin-amanlığın bərqərar olmasına böyük rəğbətləri var və hesab edirəm ki, Ənsarullah hərəkatı da belədir. Məncə onlar müsbət şəkildə əməkdaşlıq edəcəklər.”
O bildirib ki, tərəflərin danışıqları inkişaf edir.
Qeyd edək ki, son zamanlarda rəsmi ərəb mənbələri Səudiyyə hökumətinin Oman Sultanlığında husilərlə danışıqlar apardığını bəyan ediblər.
N.SAFURA