İki ölkə İrana qarşı birləşdi

İki ölkə İrana qarşı birləşdi

Qətər və Küveyt Amerika Birləşmiş Ştatlarının körfəzdə təşkil etdiyi dəniz koalisiyasına qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Qeyd edilən açıqlama ilə sözügedən koalisiya qərargahının rəhbəri Con Konklin çıxış edib. O, hər iki ölkənin körfəzdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün yaradılmış koalisiyaya qoşulmağa hazır olduqlarını təsdiqləyib. Con Konklin yalnız Qətər və Küveytin sözügedən hərbi birliyə üzv olma zamanının müəyyənləşdirilməsi işlərinin qaldığını əlavə edib. Con Konklinin sözlərinə görə, hazırda Kanada ilə də koalisiyada yer alması istiqamətində müzakirələr gedir. Cari ilin yay ayında İranın körfəzdə bir neçə ticari gəmi və tankerə hücum etməsindən sonra ABŞ dünya ölkələrini regionda dəniz koalisiyası qurmağa çağırmışdı. Bu günə qədər Albaniya, Avstraliya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya koalisiyaya qoşulmağa hazır olduqlarını bəyan ediblər.

Hollandiya media orqanlarında çıxan məlumatlarda gəmilərə qarşı mümkün hücumları dəf etmək üçün Fransanın körfəzdə təşkil etdiyi missiyaya qoşulacağı deyilir.

GunAz.az

N.SAFURA

скачать dle 12.1
Geri qayıt