MAQATE-nin mütəxəssisi İrandan çıxarılıb

MAQATE-nin mütəxəssisi İrandan çıxarılıb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmi Tehranın dəvəti ilə İrana gələn mütəxəssislərindən biri ölkədən çıxarılıb.
GunAz.az İRNA agentliyinə istinadla xəbər verir ki, MAQATE-nin qadın mütəxəssisi Natanzdakı nüvə obyektinə daxil olarkən onun üzərində şübhəli əşyalar aşkar edilib. Mühafizəçilər bu barədə rəhbərliyə xəbər veriblər. Qadın mütəxəssis həmin əşyanın nəyə lazım olduğunu izah edə bilməyib. Bundan sonra onun İranı tərk etməsi tələb olunub və MAQATE-nin əməkdaşı Vyanaya qayıdıb.
İranın MAQATE-dəki təmsilçisi Kazım Qəribapadi qurumun rəhbərliyinə bu barədə yazılı məlumat verib və bu məsələnin araşdırılmasını tələb edib.
скачать dle 12.1
Geri qayıt